Atasını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən, yetkinlik yaşına çatmayan D.H-nin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəmənində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsin atası Röyal Hüseynovu öldürməsi sübuta yetirlib və o, 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Ddövlət ittihamçısı da cinayət işi üzrə təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən il dekabrın 17-də Salyan rayonunun Yeni Uluxanlı kəndində baş verib. Ailə münaqişəsi zəminində yeniyetmə atasını odlu silahla qətlə yetirib, doğrayaraq kənd ərazisindəki kollektora atıb. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.