"Nəticədən razı deyiləm" - Tahir Gözəl

"Nəticədən razı deyiləm" - Tahir Gözəl
İDMAN
23:48 24.10.2019
28537
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhəlləsinin 3-cü turunda evdə APOEL-lə 2:2 hesablı heç-heçədən sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Bu oyuna görə bir qədər də üzülürəm. "Qarabağ"ın oyunu  doğrudan da möhtəşəm idi. Niyə üzülürəm, çünki biz bu qarşılaşmadan qalibiyyətlə ayrılmalı idik. Oyun keyfiyyətimizlə, iradəmizlə biz buna layiq idik. Bir epizodda səhvimiz də var idi. Amma çox yaxşı mübarizə apardıq. "Qarabağ" bu gün Azərbaycanı qürurlandırdı. Hələ ikinci yerdəyik. Bu o deməkdir ki, bizim mübarizəmiz davam edəcək. Bu mübarizəni davam etsək, inanıram ki, tarixi nəticə əldə edəcəyik. "Qarabağ"dan məmnunam. Amma dediyim kimi, etiraf etmək lazımdır ki, bu matçdan qalib ayrılmalı idik.

- "Qarabağ" bir dəfə APOEL-ə səfərdə qalib gəlib. İkinci dəfə mümkündür?

- Əlbəttə. Bu gün gördünüz ki, "Qarabağ" dominant idi. Oyuna nəzarət bizdə idi. APOEL çox ciddi rəqibdir. Amma belə keyfiyyətli oyunla səfərdə  qarşılarında güclü bir "Qarabağ" görəcəklər. Burada bir neçə faktor onlara kömək etdi. İnşallah, bu, səfərdə təkrar olunmaz.

- Oyundan razı qaldığınız qədər nəticədən də razı qaldınızmı?

- Nəticədən razı deyiləm. Biz bu axşam qələbəyə layiq idik. Heç-heçə də yaxşıdır, şükür. Hesab edirəm ki, üstünlük hələ bizdədir. Bu dinamikanı, özümüzə olan inamı davam etdirsək, inanıram ki, mərhələni keçəcəyik. "Qarabağ" qrupda ikinci favorit komandadır. Bu, sözsüzdür. Klubumuz bunu qaçırmamalıdır. Əlimizdən gələni etməliyik. Amma futbol həyatdır, görürsünüz, nəticə belədir.

- "Qarabağ" bu gün iki xal itirdi?

- Hə. Amma həm də ikinciliyini davam etdirdi. Beş dəqiqə sevindik, beş dəqiqə üzüldük. Bu gün ağır keçdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qəzzada ölənlərin sayı artdı
15:54 28.08.2025
Qəzzada ölənlərin sayı artdı
"Fənərbaxça" ÇL-də qalib gəlsəydi, 24 milyon qazanacaqdı
15:50 28.08.2025
"Fənərbaxça" ÇL-də qalib gəlsəydi, 24 milyon qazanacaqdı
Rusiya Ukraynada "Bayraktar" fabrikini vurdu: Milyonlarla ziyan dəydi
15:49 28.08.2025
Rusiya Ukraynada "Bayraktar" fabrikini vurdu: Milyonlarla ziyan dəydi
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
15:45 28.08.2025
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
15:41 28.08.2025
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
15:33 28.08.2025
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
15:22 28.08.2025
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
15:15 28.08.2025
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
15:06 28.08.2025
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
15:06 28.08.2025
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq