Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi

Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
MAQAZİN
22:27 08.09.2026
38
Əslən azərbaycanlı olab tanınmış rusiyalı reper Nəvai (Nəvai Bəkirov) Moskvada aşırdığı işıqfora görə şəhərin Yol Hərəkətinin Təşkili Mərkəzinə 91.2 min rubl (1 800 manat) təzminat, həmçinin 4 000 rubl (79 manatı) dövlət rüsumu ödəyib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, vəsait təşkilatın sənətçiyə qarşı iddia qaldırmasından iki ay sonra köçürülüb.

Xatərladaq ki, Nəvai mayın 5-də Zubovski bulvarında dövlət nömrə nişanı olmayan qara "Ferrari" ilə qəzaya düşüb. İdman avtomobili yoldan çıxaraq işıqforu aşırıb.

Reper özü isə avtomobili cəmi 60-65 km/saat sürətlə idarə etdiyini, maşının "pis idman təkərlərinə" görə fırlandığını bildirib.
OXŞAR XƏBƏRLƏR