"Nəvai" postunda mikroavtobusu polisin üzərinə sürən sürücü həbs edildi - VİDEO

"Nəvai" postunda mikroavtobusu polisin üzərinə sürən sürücü həbs edildi - VİDEO
SOSİAL
10:27 29.01.2021
1945
Azərbaycanda qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxs həbs edilib.

AZXEBER.COM-un Report-a istinadən verdiyi xəbərinə görə, yanvarın 28-də 90-UD-678 dövlət nişanlı "Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü nəzərədə tutulan saydan çox sərnişinlə Bakı-Qazax yolu ilə Qazax istiqamətinə hərəkətdə olub.

Qaradağ rayonu ərazisində yerləşən polis postunda Baş Dövlət Yol Polisi (DYP) İdarəsi əməkdaşları tərəfindən mikroavtobusun sürücüsünə "saxla” əmri verilib. Lakin o, polisin əmrinə tabe olmayıb.

Daha sonra həmin mikroavtobusun sürücüsünə "Nəvai" postu ərazisində DYP əməkdaşları tərəfindən "saxla” əmri verilib. O, yenə də polisin əmrinə tabe olmayaraq, mikroavtobusu onların üzərinə sürərək yoluna davam edib.

Kürdəmir rayonu ərazisində yerləşən polis postunda DYP əməkdaşları tərəfindən yenə də mikroavtobusun sürücüsünə "saxla” əmri verilib. Həmin vaxt o, yenə də polisə tabe olmaq istəməyib və mikroavtobusdan düşərək qaçmağa cəhd edib. Sürücü polisləri təhdid edərək özünə qəsd edəcəyini bildirib. Buna baxmayaraq, DYP əməkdaşları sürücünü saxlayıb və o, Rayon Polis Şöbəsi əməkdaşlarına təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, mikroavtobusun sürücüsü Tərtər rayon sakini, 1997-ci il təvəllüdlü Kərimli Mətləb Teymur oğludur.

O da məlum olub ki, onun mikroavtobusu idarə etmək üçün nə D katiqoriyası, nə də etibarnaməsi olmayıb. Mikroavtobus M.Kərimlinin atası Teymur Kərimliyə məxsusdur. Hüququ olmadığı şəxsə avtomobil verdiyinə görə, T.Kərimliyə də protokol tərtib edilib.

Kürdəmir Rayon Məhkəməsi polisə tabe olmadığı üçün M.Kərimliyə 7 sutka həbs qərarı çıxarıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
16:24 27.08.2025
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
Dilarədən yayın son akkordları... - Fotosessiya
16:21 27.08.2025
Dilarədən yayın son akkordları... - Fotosessiya
"Prezidentə ünvanlanan sualın qoyuluşu təhdid mesajı daşıyırdı" - Politoloq
16:20 27.08.2025
"Prezidentə ünvanlanan sualın qoyuluşu təhdid mesajı daşıyırdı" - Politoloq
Çində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq? - Peskov sualdan yayındı
16:15 27.08.2025
Çində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq? - Peskov sualdan yayındı
Ötən il həbs edilən cərrah azadlığa buraxıldı
16:14 27.08.2025
Ötən il həbs edilən cərrah azadlığa buraxıldı
Sabah üç rayonda qaz olmayacaq
16:13 27.08.2025
Sabah üç rayonda qaz olmayacaq
23 avqust-22 sentyabr bürcləri nə gözləyir?
16:04 27.08.2025
23 avqust-22 sentyabr bürcləri nə gözləyir?
Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
16:01 27.08.2025
Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Məşhur cütlük boşandı
15:58 27.08.2025
Məşhur cütlük boşandı
Prezidentin bugünkü müsahibəsi dünyaya hansı mesajları ötürdü? - ŞƏRH
15:55 27.08.2025
Prezidentin bugünkü müsahibəsi dünyaya hansı mesajları ötürdü? - ŞƏRH
Qrızda kənd turizmi brendinin yaradılmasına dair təlim keçirildi - FOTOLAR
15:41 27.08.2025
Qrızda kənd turizmi brendinin yaradılmasına dair təlim keçirildi - FOTOLAR
Rusiya Ukraynanın strateji nöqtəsinə girdi: Müharibənin gedişatı dəyişəcəkmi?
15:38 27.08.2025
Rusiya Ukraynanın strateji nöqtəsinə girdi: Müharibənin gedişatı dəyişəcəkmi?
Bakıda daha bir rayonda söküntü olacaq - Qəzalı binalar yenilənəcək
15:34 27.08.2025
Bakıda daha bir rayonda söküntü olacaq - Qəzalı binalar yenilənəcək
“AYNA öz “aynasına” baxıb görsün ki, Bakıda hərəkət etmək mümkün deyil” — Deputatdan etiraz
15:32 27.08.2025
“AYNA öz “aynasına” baxıb görsün ki, Bakıda hərəkət etmək mümkün deyil” — Deputatdan etiraz
II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi keçirildi - FOTOLAR
15:29 27.08.2025
II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi keçirildi - FOTOLAR
İranda nüvə obyektləri qanunsuz yoxlanıldı: MAQATE ilə əməkdaşlıq dayandırıldı
15:27 27.08.2025
İranda nüvə obyektləri qanunsuz yoxlanıldı: MAQATE ilə əməkdaşlıq dayandırıldı