Nəvəsi tərəfindən döyülən qadın yeznəsini köməyə çağırdı, amma... - Azərbaycanda tragikomik hadisə

Nəvəsi tərəfindən döyülən qadın yeznəsini köməyə çağırdı, amma... - Azərbaycanda tragikomik hadisə
SOSİAL
10:25 22.06.2018
3133
Lənkəranda döyülmə faktı qeydə alınıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə rayon ərazisində, qohumlar arasında baş verib.

Məlumata görə, nəvəsi tərəfindən döyülən qadın, yeznəsi olan rayon sakini, 1963-cü il təvəllüdlü Nürəddin Allahverdi oğlu Xasızadəni köməyə çağırıb. Qohumunu sakitləşdirməyə çalışan N. Xasızadə də döyülüb.

Sifət nahiyəsindən xəsarət alan yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR