Nəvəsi yaşında qızla evləndi

DÜNYA
14:15 01.11.2013
1520
İtaliyanın 77 yaşlı keçmiş baş nazirinin yeni həyat yoldaşının "lezbiyan" olduğu bildirilir
İtaliyanın 77 yaşlı eks baş naziri Silvio Berluskoni 3-cü dəfə evlənib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Berluskoni özündən 49 yaş kiçik olan Françeska Paskal adlı xanımla gizlincə evlənib.Onlar hələ Françeskanın çox gənc yaşlarında, “İrəli İtaliya” gənclər təşkilatında işləyən zaman tanış olublar. Françeska tanınmış siyasətçiyə ilk baxışdan aşıq olduğunu bildirib.Son vaxtlar Berluskonin yeni həyat yoldaşı haqqında elə də yaxşı məlumatlar yayılmayıb. Beləki, Françeskanın lezbiyan olduğu və Berluskoni ilə gözdən pərdə asmaq üçün evləndiyi deyilir.Françeska isə hazırda məhkəmə vasitəsilə bu sözü yayan Mişel Bonevadan 10 milyon avro təzminat tələb edir.

OXŞAR XƏBƏRLƏR