Nəvəsini baldırından güllələdi, ayağı kəsildi - ŞOK OLAY

Nəvəsini baldırından güllələdi, ayağı kəsildi - ŞOK OLAY
SOSİAL
11:59 07.02.2017
856

 

Qazax rayonunun Şıxlı kəndində kənd sakini Səyad Nəsibov ehtiyatsızlıqdan açılan atəşlə 7 yaşlı nəvəsinə xəsarət yetirib.

AZXEBER.COM Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 6-da Qazax rayonunun Şıxlı kəndində kənd sakini Səyad Nəsibov oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə özünə məxsus "TOZ-34" markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib. 

Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib.

Qazax RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-34" markalı tüfəng götürülüb.

OXŞAR XƏBƏRLƏR