New Baku Post: Gültəkin Hacıbəyli – ambisiya çox, bacarıq yox!

SİYASƏT
11:50 01.10.2013
1936
AZXEBER.COM New Baku Post qəzetinin keçmiş millət vəkili Gültəkin Hacıbəylinin ambisiyları, siyasi dəyişgənliyi barədə məqaləsini təqdim edir:

“Milli Şuranın siyasi hoqqabazlıqda ad çıxarmış “vahid namizədi” Cəmil Həsənlini ciddi-cəhdlə müdafiə edən həmtayları arasında xalqın “Gips xanım” adı ilə tanıdığı Gültəkin Hacıbəyli də var.

Bəzilərində belə bir sual doğur: yəni, deputat kreslosu bu qədər şirindir ki, uzun müddət bu kresloda oturan şəxs əli ordan üzülən kimi dərhal müxalifət düşərgəsinə keçərək bir müddət əvvəl ağızdolusu təriflədiyi iqtidara, siyasi həmkarlarına hədyan yağdırmağa başlayır?Belə xəyanətin antalogiyası məhz keçmiş millət vəkili G.Hacıbəylinin fəaliyyəti ilə tam uzlaşır. Amma bu halda fəaliyyət deyəndə tam fərqli sahələr nəzərdə tutulmalıdır. Çünki deputat kreslosundan sui-istifadə edən xanım hələ o vaxtlardan gips əsaslı tikinti materiallar istehsal edən müəssisələrə, “Gülüstan” adlı gips mədəninə, yüz hektarlarla münbit torpaqlara, Goranboy rayonunda benzindoldurma məntəqələrinə, Paytaxtın Babək prospektində avtomaşın satışı salonlarına sahib olub.Siyasi fəaliyyətə gəlincə, kimlərinsə marağını güdən, hansı qüvvələrə isə xidmət edən keçmiş deputat xanım ikibaşlı siyasi oyunlara əl atıb. Milli Məclisin beynəlxalq və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, eyni zamanda AŞPA-nın üzvü olan G.Hacıbəyli səlahiyyətləri çərçivəsində əcnəbi ölkələrin nümayəndə heyətləri və xarici səfirlərlə müntəzəm görüşüb. O dönəmdə ABŞ-ın Azərbaycandaki səfiri Enn Dörsinin rezidensiyasındakı görüş zamanı iqtidar nümayəndəsi kimi iştirak edən G.Hacıbəyli səfirin Azərbaycanın ünvanına yağdırdığı iradlara və tənqidlərə heç bir cavab vermir, başını razılıqla tərpədərək deyilənlərlə şərik olduğunu bildirir.Daha sonra o, KİV-də belə bir fikir yürüdür ki, “Azərbaycan kiçik qardaş kimi Türkiyəyə etibar etməli və Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyənin Ermənistanla sərhədlərinin açılması ideyasını dəstəkləməlidir”. Rəsmi Bakının mövqeyi ilə uzlaşmayan bu ideya əslində qardaş ölkədəki bəzi pozucu qüvvələr tərəfindən irəli sürülmüşdü və G.Hacıbəyli də məhz həmin “düşərgənin” emisarına çevrilir.Türkiyə parlamentinin beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Müjgan Suver yeni emissarla sıx əlaqələr qurur. Yeri gəlmişkən, bu xanım öz fəaliyyətini Azərbaycan-Türkiyə əlaqələrini bütün üsullarla mürəkkəbləşdirmək üzərində qurub. G.Hacıbəyli ilə müntəzəm görüşən M.Suver şəxsi söhbətlərdə türk-erməni münasibətlərini yaxşılaşdırmaq üçün çıxış yollarından danışır və bu işə azərbaycanlı həmkarını da dəvət edir. M.Suver tezliklə “Turkish-Armenian Women Communication Group” adlı qondarma xalq diplomatiyası hərəkatı yaradır və ermənipərəst qadınları başına toplayaraq İrəvana müntəzəm səfərlər edir. Onlar elə indi də Van-İrəvan-Van aviareysinin açılması tələbi ilə çıxış edir, Türkiyədə yaşayan ermənilərin hüquqlarını qoruyur.Keçmiş deputatın 1995-ci ildə Azərbaycanda “OMON qiyamı” adlı iğtişaşların ideoloqu, Türkiyənin keçmiş baş naziri Tansu Çillərlə mehmanxananın restoranındakı görüş də elə bu mövzuya həsr olunub. Bu görüşü isə Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı, Azərbaycana qarşı daim qərəzli mövqeyi ilə tanınan Turqut Ər təşkil edib. Sabiq baş nazir Qərbin Azərbaycana təzyiqini gücləndirmək üçün hansı işlərin görülməsinin vacibliyini vurğulayaraq G.Hacıbəyli üçün konkret vəzifələr müəyyənləşdirib. Başlıca tezis bundan ibarət olub ki, Azərbaycan Türkiyənin tərkibinə daxil olmalı, yeni dövlət formalaşmalı və millət vəkilləri bu məsələni gündəmə gətirməlidir.Əlbəttə ki, xanım “emissar” bütün oxlarının daşa dəydiyini görəndə, satqın əməllərinə görə hakimiyyətin ona münasibətinin dəyişdiyini hiss etdikdə oyunun qaydalarını dəyişməyə başladı. O, iddia edirdi ki, “bilik və bacarığı” layiqincə qiymətləndirilmir, MM-də komitə sədrinin müavini olduğu üçün Azərbaycanın xarici işlər naziri postunu məhz o tutmalıdır. Bu da alınmayanda, G.Hacıbəylinin üzü tamamilə əks tərəfə döndü...Gültəkin Hacıbəylini tez-tez Almaniyanın Azərbaycandaki səfirliyində də görmək olurdu. İşlədiyi ölkənin xalqına o qədər də dost münasibət bəsləməyən diplomat Herbert Kvelle ilə “yeni dostlarının” - R.İbrahimbəyovun və C.Həsənlinin hoqqalarını müzakirə edirmiş.Bu isə hələ hamısı deyil...”New Baku Post

OXŞAR XƏBƏRLƏR