"Onların müsabiqədə iştirakdan imtina etməsi Qarabağ münaqişəsinin həlli ilə bağlı kövrək səylər fonunda pis əlamət hesab olunur"
Amerikanın “New York Times” qəzeti səhifələrinin birini “Eurovision” musiqi yarışmasına həsr edib. ANS PRESS xəbər verir ki, məqalə müəllifi Endryu İ. Kramer adlı jurnalistdir. Onun məqaləsini sizə təqdim edirik: "Elə görünə bilər ki, "Eurovision" mədəniyyət sahəsində onu izləyənlərlə izləməyənlər arasında kəskin parçalanmaya səbəb olur. Əslində isə boy-bendlər, gənc yaraşıqlı oğlanlar, dəb-dəbəli estrada nömrələri və şan-şövkət arxasında real dünyada guruldayan münaqişələr dayanır. Bu yaxınlarda Ermənistan Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində iştirakdan imtina etdi. Bununla da, müsabiqənin 20 ildən çox Qafqazda davam edən qanlı qisas və zorakılığın qarşısının alına biləcəyi ilə bağlı ümidlər puç oldu. Dağlıq Qarabağ uğrunda Ermənistanla Azərbaycan arasında mübarizə gedib və bu, 1994-cü ildə atəşkəslə nəticələnib. Bakıda keçirilən müsabiqəyə Ermənistan musiqiçiləri də hazırlaşırdılar, lakin bu il sərhəddə erməni əsgəri həlak oldu. Bundan sonra erməni musiqiçilər “Eurovision” müsabiqəsini boykot etmək qərarına gəldilər. ”Eurovision”nun boykot edilməsi sülh danışıqlarından nümayişkəranə şəkildə getmək və ya Olimpiadada iştirakdan imtina etmək kimi ağırlığı olan addım deyil. Ermənilərin müsabiqədə iştirakdan imtina etməsi keçmiş SSRİ-də ən çətin həll edilən millətlərarası münaqişələrdən birinin silahsızlaşdırılması, kövrək və uzun sürən səylər fonunda pis əlamət hesab olunur".