"Əl Hilal"ın texniki direktoru Xorxe Jesus Neymarın artıq arzuolunan səviyyədə olmadığını və liqa heyətinə daxil edilməyəcəyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Fənərbaxça"nın sabiq baş məşqçisi, hazırda Səudiyyə Ərəbistanının Pro Liqa komandası olan "Əl Hilal"ın texniki direktoru Xorxe Jesus braziliyalı ulduz Neymarın komandadakı gələcəyindən danışıb.
Neymarın artıq istədikləri səviyyədə olmadığını bildirən portuqaliyalı çalışdırıcı, "Neymar liqa heyətində olmayacaq. Səudiyyə Ərəbistanı liqası dünyanın ən yaxşı liqalarından biridir" deyə bildirib.
Qeyd edək ki, Neymar 2023-cü ildə "Paris Saint Germain"dən "Əl Hilal"a 90 milyon avroya transfer olunub. Lakin uzun müddətli zədələr səbəbindən cəmi 7 matçda meydana çıxa bilib və ümumilikdə 428 dəqiqə meydanda olub.
Gülay