Neymar "Mançester Yunayted"in təklifini rədd etdi

İDMAN
18:08 05.09.2012
1425

İngiltərənin "Mançester Yunayted" klubu daha bir ulduz futbolçunu transfer etməyi planlaşdırır.

AZXEBER.COM-un məlumatına görə, Mançester təmsilçisi Braziliyanın "Santos" klubunun hücumçusu Neymara "elçi" düşüb.

"Mançester Yunayted"in baş məşqçisi Ser Aleks Fergüsson 20 yaşlı futbolçunu da komandasında görmək istəyir. İngilis nəhəngi Neymarın transferi üçün 38 milyon funt-sterlinq xərcləməyə hazırdır. Lakin NeymarBraziliyada keçiriləcək dünya çempionatınaqədər heç bir komanda ilə maraqlanmadığını bildirərək, təklifdən imtina edib.

Qeyd edək ki, "Santos"un heyətində 190 oyuna çıxan Neymar 113 dəfə rəqib qapılarına yol tapıb.

OXŞAR XƏBƏRLƏR