Neymar Messi ilə bir klubda oynamaq istəyir

İDMAN
17:23 05.03.2024
147
Neymar yenidən Lionel Messi ilə oynamaq istədiyini bildirib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu mövsümün əvvəlində PSJ-dən Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasına transfer olunan, lakin zədəsi səbəbindən cəmi 5 matçda forma geyinən Neymar yenidən Lionel Messi ilə oynamaq istədiyini bildirib.
 
Ötən həftə sonu keçirilən Formula 1 Bəhreyn yarışlarına qatılan Neymar karyerası ilə bağlı səmimi açıqlamalar verib.

Messinin dostlarını İnter Mayamiyə gətirməsi və onunla yenidən oynamaq istəməsi ilə bağlı suala Neymar belə cavab verib: "Ümid edirəm ki, yenidən birlikdə oynaya bilərik. Leo əla insandır, onu futbolda hamı tanıyır və məncə, o çox yaxşı futbolçudur".
 
Gülay

OXŞAR XƏBƏRLƏR