19 yaşlı Killian Mbappe ötən gün keçirilən PSj - "Lion" (5:0) qarşılasmasında 13 dəqiqəyə "poker" edib.
AZXEBER.COM Goal.az-a istinadən bildirir ki, PSJ-nin hücumçusu Neymar öz komanda yoldaşını tərifləyib.
"Mənim oğlum Mbappenin azərkeşidir. Mən onu PSJ-nin məşqinə gətirmişdim, o isə hər an Killian haqda danışırdı. Oğlum Mbappe ilə şəkil çəkdirərək məktəbdə sinifyoldaşlarına göstərmək istəyirdi. O, bunu edərkən çox xoşbəxt idi.
Mən komanda üçün nə qədər vacib olduğumu dərk edirəm. Lakin bizim komandada digər oyunçular da bizim üçün vacibdilər.
Killian - onlardan biridir. Komanda ona hörmət eləyir. O öz fikrini deyərkən biz onun 19 yaşlı olduğunu düşünmürük, hər kəs onu dinləyir, o artıq böyük oyunçudur.
Killianı təbrik etmək istəyirəm. O, daha çox qol vura bilərdi. O fenomendir, möhtəşəm bir oyunçudur. Güman edirəm o, belə oynamağa davam edəcək".