Neymar üçün sürpriz təklif

Neymar üçün sürpriz təklif
İDMAN
21:25 07.05.2019
4168

PSJ-nin hücumçusu Neymar karyerasını İngiltərədə davam etdirə bilər.

 Braziliya millisinin üzvü "Mançester Siti"nin maraq dairəsindədir.

"Şəhərlilər" bununla bağlı qarşı tərəflə danışıqlara başlayıb. Premyer Liqa təmsilçisinin ilk təklifi 150 milyon avro və iki futbolçu - Benjamin Mendi və Qabriel Jezuşdan biri olub. Ancaq çətin ki, fransızlar buna müsbət cavab versin. Çünki PSJ forvardı 2017-ci ildə "Barselona"dan 222 milyon avroya transfer edib.

Qeyd edək ki, Neymar bu mövsüm Liqa 1-də keçirdiyi 16 oyunda 14 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

 

goal.az

OXŞAR XƏBƏRLƏR