Xalq artisti Nəzakət Teymurova konsertə hazırlaşır.
AZXEBER.COM xəbər verir ki, sənətkar 20 may tarixində Heydər Əliyev Sarayında "Qal, sənə qurban” adlı solo konserti ilə tamaşaçıların qarşısına çıxacaq.
Milli musiqimizin incilərindən ibarət olan bu xüsusi gecədə muğamın sehrli ahəngi və Nəzakət Teymurovanın bənzərsiz səsi tamaşaçılara unudulmaz anlar bəxş edəcək.
Konsertdə Teymurovanı Bakı Kamera Orkestri, "Xarı Bülbül” muğam qrupu və başqaları müşayiət edəcək.
Aysel