Nəzrinin rəsm əsərləri Londonda nümayiş edildi - FOTOLAR

Nəzrinin rəsm əsərləri Londonda nümayiş edildi - FOTOLAR
MAQAZİN
12:49 08.07.2022
789
Ingiltərənin London şəhərində yerləşən Yunus Emre institutunda Azərbaycanın gənc rəssamlarının rəsm sərgisi keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan-Britaniya diplomatik əlaqələrinin 30 illiyi münasibətilə keçirilən sərgidə 22 azərbaycanlının 56 əsəri Londondakı "Yunus Emre İnstitut”unda nümayiş olunub. Avropanın 20-yə qədər ölkəsində indiyə qədər sərgilər keçirilmiş, 1700-ə yaxın əsər nümayiş olunub.
 
Sərgidə tanınmış blogger, rəssam Nəzrin Nəcəfova da iştirak edib. Onun 3 əl işi sərgilənib.
 
Nəzrin sərgiyə Şuşa, Laçın, Xudafərin körpüsü adlı əsərləri ilə qatılıb. 
 
Sərgi iyul ayının 8-ə qədər davam edəcək.
 




OXŞAR XƏBƏRLƏR