“Həbsdə olan “NİDA”-çıların dekabrın 31-də imzalanması gözlənilən əfv fərmanı ilə azadlığa çıxması gözlənilir.Bu məsələ yaxın günlərdə Prezident Yanında Əfv Komissiyasında müzakirə olunacaq. Quruma daxil olan bütün müraciətlər, o cümlədən, “NİDA”-çıların əfv ərizələri araşdırılandan sonra sənədlər imzalanmaq üçün dövlət başçısına tədqim ediləcək”.
Bu sözləri hüquq müdafiəçisi Səidə Qocamanlı AZXEBER.COM-a qarşıda imzalanması gözlənilən növbəti əfv fərmanı ilə bağlı ünvanladığımız sualları şərh edərkən söyləyib. O bildirib ki, həbsdə olan “NİDA”çılar - Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə prezident İlham Əliyevə əfv ərizəsi ilə müraciət ediblər: “Həmin əfv ərizəsi bu günlərdə Əfv Komissiyasında baxılacaq. Bu məsələ eyni zamanda, İnsan Haqları İşçi Qrupunun iclaslarında da tərəfimizdən müzakirə olunub. Qurum üzvləri müraciətləri araşdırıblar”.
Orxan