Niderland Fələstinlə təhlükəsizlik sazişi imzalayıb

Niderland Fələstinlə təhlükəsizlik sazişi imzalayıb
DÜNYA
19:11 04.06.2024
169
Niderland Fələstinlə təhlükəsizlik üzrə əməkdaşlıq müqaviləsi imzalayıb.

Bu barədə Niderland hökumətinin bəyanatında deyilir.

Məlumata görə, bu təşəbbüs çərçivəsində ölkələr terrorizmlə mübarizə, axtarış-xilasetmə əməliyyatlarında məlumat mübadiləsi və s. aparacaq.

Sənəd Niderlandın müdafiə naziri Kaysa Ollonqren və Fələstinin daxili işlər naziri Ziyad Habb ər-Rix tərəfindən imzalanıb.

"Biz müxtəlif təşəbbüsləri araşdırırıq. Çünki Fələstinin güclü təhlükəsizlik sektoru sabitliyə, təhlükəsizliyə və davamlı sülhə töhfə verir”, - Niderlandın müdafiə naziri bildirib.
 
///report
OXŞAR XƏBƏRLƏR