Niderland İrandakı səfirliyini Tehrandan Azərbaycana köçürüb

Niderland İrandakı səfirliyini Tehrandan Azərbaycana köçürüb
SİYASƏT
20:11 10.03.2026
76
Niderland İrandakı səfirliyini müvəqqəti olaraq Tehrandan Azərbaycana köçürüb.

Bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen "X” hesabında bildirib.

O qeyd edib ki, diplomatların təhlükəsizliyinə artan risklər səbəbindən səfirliyin müvəqqəti olaraq Tehrandan Bakıya köçürülməsi ilə bağlı qərar verilib.

Xatırladaq ki, bu gün Niderlandın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan sərhədi ilə təxliyə olunub.
OXŞAR XƏBƏRLƏR