Niderland Ukraynaya daha 6 ədəd F-16 qırıcısı verəcək

Niderland Ukraynaya daha 6 ədəd F-16 qırıcısı verəcək
DÜNYA
18:59 05.02.2024
216
Niderland Müdafiə Nazirliyi Ukraynaya çatdırılmaq üçün əlavə 6 ədəd F-16 qırıcı təyyarəsini hazırlayır.

Bu barədə Niderlandın müdafiə naziri Kajsa Ollongren "X" hesabında bildirib.

Nazir qeyd edib ki, bununla da onların ümumi sayı, əvvəllər vəd edilmiş F-16-larla birlikdə 24-ə çatacaq. "Ukraynanın hava üstünlüyü Rusiyanın təcavüzünə qarşı durmaq üçün vacibdir", - nazir vurğulayıb.
 
///Apa
OXŞAR XƏBƏRLƏR