Niderland Ukraynaya "F-16"lardan Rusiya ərazisinə zərbə endirməyə icazə verib

DÜNYA
19:32 17.10.2024
132
Niderland Ukraynaya tədarük edilən "F-16” qırıcılarından Rusiya ərazisindəki hərbi obyektlərə zərbə endirməyə icazə verib.

Bu açıqlamanı Niderlandın müdafiə naziri Ruben Brekelmans verib.

O bildirib ki, bu qərar beynəlxalq hüququn prinsipləri nəzərə alınmaqla verilib:

"Biz hər zaman Ukraynanın beynəlxalq hüquqa riayət etməli olduğunu demişik. Beynəlxalq hüquq prinsiplərində zəruri hallarda aviazərbələrin endirilməsi məsələsində məsafə faktoru nəzərə alınmayıb. Biz Ukraynaya "F-16” qırıcılarından özünümüdafiə məqsədilə istifadə etməyə, eləcə də Rusiya ərazisindəki aerodromlara zərbələr endirməyə icazə veririk”.
 
///apa
OXŞAR XƏBƏRLƏR