Niderland və Finlandiyanın təmsilçiləri məlum oldu

Niderland və Finlandiyanın təmsilçiləri məlum oldu
MƏDƏNİYYƏT
12:27 27.02.2012
2540
Azərbaycanda keçiriləcək "Eurovision- 2012" mahnı müsabiqəsində Niderlandın təmsilçisi məlum olub. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Niderlandın müsabiqə üzrə Milli Seçimlərinin finalında 6 ifaçı çıxış edib. 6 ifaçı əvvəlcə 3 duet şəklində yarışıb. Hər duetdən 1 nəfər superfinala keçmək hüququ əldə edib.
Münsiflər heyəti və tamaşaçıların birgə rəyi əsasında Joan “You And Me” (“Sən və Mən”) mahnısı ilə Niderlandı builki Eurovision şousunda təmsil etmək şansına nail olub.
Bununla yanaşı, Finlandiyanın Avropanın sevilən televiziya şousundakı təmsilçisi də müəyyən edilib. Pernilla Karlsson 53.4% səslə milli final gecəsinin qalibi olub. Müğənni Bakı səhnəsində “När Jag Blundar!!” mahnısını oxuyacaq. Finlandiya Eurovision şousundakı ilk çıxışını mayın 22-də birinci yarımfinalda edəcək.
//SIA
OXŞAR XƏBƏRLƏR