Eurovision.tv saytında yerləşdirilən məlumata görə, cütlük həddindən artıq sevincli olduğunu bildirib.
"Biz son 3 gün ərzində cəmi 6-7 saat yatmışıq", deyə Edlar bildirib.
Cütlük həmçinin Bakıda böyük rəğbətlə qarşılandıqlarından danışıb.
Nigar Camal isə qələbənin onun həyatına çox böyük təsir etdiyini bildirib: "Böyük qızım mütləq müğənni olmaq və gələcəkdə Azərbaycanı "Eurovision"da təmsil etmək arzusundadır".
Qeyd edək ki, Nigarın böyük qızının 5, kiçik qızının isə 3 yaşı var. Yeri gəlmişkən, bu yaxınlarda 3 yaşlı Jasminin Londondakı evlərində Azərbaycan himnini necə ifa etdiyini göstərən görüntü YouTube portalında yerləşdirilib.