Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2011-nin qaliblərindən biri Nigar Camal aprelin 24-də Ukraynaya yola düşür.
AZXEBER.COM-un “Eurovision”un saytına istinadən verdiyi xəbərə görə, səfərin məqsədi 2008-ci ildə bu yarışmanın qalibi olan Dima Bilanla birgə klip çəkilişlərində iştirak etməkdir. "Dima Bilanla ifa etdiyimiz "Obnimi mena" mahnısının müəllifi İsa Məlikovdur. Dima Bilanla uğurlu işbirliyimizin olacağına inanıram. Yəqin ki, klip ictimaiyyətə Eurovision 2012 ərəfəsində təqdim olunacaq" - deyə Nigar Camal bildirib. 57-ci Eurovision Mahnı Müsabiqəsində ifa olunacaq mahnılardan və təmsilçilərdən söz açan Nigar Camal bu il güclü mahnıların rəqabət aparacağını diqqətə çatdırıb. Eurovision 2012-nin nəticəsi ilə bağlı isə N.Camal proqnoz verməməyi üstün tutub.