Nigar Köçərli çağırış etdi - VİDEO

Nigar Köçərli çağırış etdi - VİDEO
SOSİAL
13:08 29.09.2024
225
"Ali və Nino” kitab evinin rəhbəri Nigar Köçərli çağırış edib.

AZXEBER.COM xəbər verir ki, o hər kəsi X Beynəlxalq Kitab Sərgisinə dəvət edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr 2024-cü il tarixində Bakı Ekspo Mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2024) keçiriləcək.
Hazırda sərgidə iştirak üçün 4 qitəni təmsil edən 19 ölkədən 47 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib.
Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünyaşöhrətli xarici yazıçılar iştirak edəcəklər.
Eyni zamanda sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.
Sərgi müddətində müxtəlif formatda 270-dən çox tədbirin təşkili nəzərdə tutulur.
Sərgi çərçivəsində ölkəmizin də üzv olduğu Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası da keçiriləcək.
Türkiyə, İrlandiya, Almaniya, Venesuela və digər ölkələrin görkəmli yazarları, elm adamları sərgidə təmsil olunacaq.
Ziyarətçilərin "Elmlər akademiyası”, "28 may” və "Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcəkdir.
Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.
Sərgiyə giriş ödənişsizdir.

Həmin videonu təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR