"Nigar Türkiyəni utandırdı, biz zibilə atmışdıq, o zirvəyə qaldırdı"
ŞOU-BİZNES
17:18 16.05.2011
2247
Məlumatda bildirilir ki, "Bu qələbəni bütün türklərə hədiyyə edirik" deyən Nigar türklərin rəğbətini qazanıb. Lakin onların utancına da səbəb olub. Türklərin yaşadığı utancın səbəbi isə iki il öncə Bursa şəhərində keçirilən Türkiyə-Ermənistan matçı zamanı Azərbaycan bayrağına qarşı olan hörmətsizlik olub. Belə ki, futbol azarkeşlərinin matça gətirdiyi Azərbaycan bayraqları stadionun girişində onların əlindən alınaraq zibil yeşiyinə atılmışdı.