"Nigarı atası yaşında kişilərlə tutmuşduq" - KÖŞƏ

"Nigarı atası yaşında kişilərlə tutmuşduq" - KÖŞƏ
KÖŞƏ
01:45 26.12.2011
6994
SƏNAN ƏLLƏZOutlandish və mən: AxtarışSizə ötən yazılarımda nənəmdən yazacağımı demişdim. Mənim nənən cəmi 3 sinif oxuyub amma baxırsan ki, çox intellektualdır. Çox yaxşı zarafatlar edir və hətta zarafatları bəzən mənim sayəmdə dillər əzbəri olur. Məsələn keçən dəfə deyir ki, bala Gənclikdə etdiyin səhvi Nərimanovda eləmə. İnanırsan qardaş donub yerimdə qaldım. Sonra sonuncu ad günümdə badə qaldıraraq mənə çox orijinal bir tost dedi: “Bala sənin sağlığında qazanacağın yeganə savab sənin evlənməməyindi ,çünki sən gözəlbazsan, camaatın balasını gətirib bədbəxt eləmə”. Həm də nənəmin qəribə xasiyyətləri var. Misal üçün nənəmlə heç vaxt onun bir dəfə də olsa baxdığı filmə baxmayasan .Filmin başlanğıc titrləri bitən kimi başlayacaq filmi danışmağa. Dəfələrlə özümə söz verirəm ki, bir daha bu arvadla filmə baxan deyiləm, hətta ölü yerinə bozbaş da yeməyə getməyəcəm, amma neyləyim ki, gözəlimi çox istəyirəm. O mənim 7 yaşıma qədər həm anam olub, həm də atam .Məni nənəm böyüdüb. Qayıdaq film nümayişinə. Nənəmin ən sevdiyim xüsusiyyəti filmə göstərdiyi reaksiyalardı. Məsələn hansısa aktrisa filmin 34-cü dəqiqəsində qaranlıq bir küçənin sonunda öldürüləcək. Filmə nənəm baxıb axı başlayacaq ay qız bu yola getmə, az qayıt öləcəksən, a bala cavan canına yazığın gəlsin elə urəkdən yalvarır ki, elə bil səsini eşidəcək. Görür axı heç bir reaksiya yoxdu ölüm səhnəsinə 1-2 dəqiqə qalmış başlayır öl canın çıxsın sənə dedim getmə. Öləndən sonra da bıy anan ölsün, cavan canın bu yaşında getdi qara torpağın altına. Hətta bir Braziliya serialının baş qəhrəmanı öləndə mərsiyə dediyi günlərdə olub. Yazmağa olan marağım nənəmdən keçib mənə. Sonra ikinci qəribə xüsusiyyəti nənəm köhnə şəkilləri daima cırıb atır. Deyirəm ay nənə niyə atırsan? Deyir ay bala onsuz köhnədi də. Sonra da deyir ki, bəs eşitməmisən “Şəkilin təzəsi,dostun köhnəsi.”Həmin gün də nənəm dava paltarını(təmizlik paltarını) geyinib köhnə əşyalar qoyulan yeri təmizləməyə gedirdi.Kitab oxuyurdum birdən ayıldım.Öz-özümə dedim ki, məndə bunun arxasıyca gedim nə qədər cırılmamış köhnə şəkil xilas edə bilsəm qənimətdi nə də olsa hər bir kadrında bir xatirə var.Bu Nigarı unutduğum və bir şeyin məni alt-üst etdiyi gün idi.Kitabı açıq vəziyyətdə üzü üstə stola tullayıb nənəmin arxasiyca getdim.Tam 3 dəqiqə sonra məni yeni bir cığır gözləyirdi həyat yolumda amma mən bunun fərqində deyildim.Mən otağın qapısını açanda nənəm babamın goruna söyə-söyə onun Vladivastkda rus qızları ilə çəkdirdiyi şəkillərin 3-4nü doğrama maşınından keçirmişdi.Doğrama maşını dediyim bir cüt nazik dərili,bol qırışlı qoca qarı əlləri idi.5-ci şəkilə çatanda artıq 2 dəqiqə qalmışdı dayandı şəkilə baxdı və ayırıb kənara atmaq istəyirdi ki, məni gördü.-Ədə qırışmal sən burda neyləyirsən?-Nənə neynirsən yenə?-Sən bilmirsən ki, suala sualla cavab vermək olmaz?-Ay nənə niyə cırırsan bu şəkilləri?-Bura bax bu zibilləri niyə atmırsan?Artıq 3-cü dəqiqənin son saniyələri idi və mən yerimdə donub qalmışdım. Köhnə əşyalar arasından nənəmin əli ilə itələyib yerə saldığı hazırlıq dəftərlərimin arasından Nigarın mənə öz əlləriyə triqonometriya yazdığı riyaziyyat dəftərim açıq şəkildə yerdə ayaqlarımın altında idi. Sanki dəli olurdum. Hiss edirdim ki, havam çatmır. Ürəyim eyni anda həm bulanır, həm siqaret istəyir, həm də dəlicəsinə sevişmək istəyirdi. Dəftəri yerdən götürüb otaqdan çıxmağa birtəhər güc tapdım. Əllərim dəhşətli şəkildə əsirdi. Hiss edirdim ki, gözüm qaralır. Huşumu itirəcəyimi, yerə yıxılacağımı və dəftərin əlimdən yerə düşəcəyini hiss edib tez həmin misal olan vərəqi cırdım və ovcumda səliqəsiz şəkilədə bükərək şalvarımın arxa cibinə soxdum. Özümü itirmişdim evdən tez yavaya çıxmaq istəyirdim. Yay imtahanları vaxtı idi. Mən heç vaxt imtahan gərginliyi hiss etməmişəm çünki bütün imtahanlarımı pul ilə yazdırırdım. Universitetimiz sağ olsun açıq bazar sistemi idi .Kafedraya girib müəllimlə əməlli başlı qiymət danışırdım. Amma bu gün hiss etdiyim gərginlik 1000 imtahan gərginliyinə bərabər idi. Gərginlikdən xilas olmağın bircə yolu var idi içmək. Sərxoş olmaq qərarına gəldim. Cibimdə yeni valyuta ilə 12 manat pul olardı.1 manat pivə bakalı 4 bakal içsəm bu edəcək 4 manat.1 qutu KENT8 1 manat 20 qəpik (hələ o vaxt 1.30 olmamışdı) deməli gəzməyə də pulum qalırdı. Əynimdəki şortik və köynəklə evdən çıxdım. Yaxınlıqdakı kafeyə girib 4 bakal pivə içdim amma hiss edirdim ki nəsə çatmır. Üstünü də 2 dəfə dalbadal 100 qramlıq “XAN” arağı ilə düzəltdim. Ürəyim və başım əməlli başlı fırlanırdı. Hiss edirdim ki, burnum və boynumun arxası keyləşir bu şərxoşluğun əlaməti idi. Mən içərkən siqaret çəkməyi xoşlamıram bu səbəbən təmiz havada dalbadal 2 ədəd KENT8 çəkdim. Hər zaman dediyimiz kimi qardaş vəziyyət gül idi. Ayağımın tez çata biləcəyi metrostansiyaya özümü atdım. Göy rəngli jetonu iki əlli qutuya salıb birtəhər plaformaya keçdim. Hansı stansiyada düşdüyüm yadımda deyil. Tək yadımda olan hansısa dayanacaqda digər bir sərxoşla dalaşdığımdı. Amma dava səbəbini açıq şəkildə yadıma sala bilirəm. Tanımadığım 1 qıza kimsə sataşıb söz atırdı, qolundan çəkirdi mən də aşa-aşa yaxınlaşıb dedim ki, nə işin var alə qıznan. O da aşa-aşa çönüb mənə dedi ki, bu sənin bir yerinin borcu deyil. Bir birimizə atdığımız yumruq, təpik, şillədən sonra gözümüzü yaxınlıqdakı polis şöbəsində açdıq. Hər birimizi ayri bir nəzarətxanaya atdılar. Artıq tam olaraq ayılmışdım. Outlansihsin “Guantanamo” mahnısını zümzümə edirdim. Və ağlımda məni burdan çıxaracaq adamı fikirləşirdim ki, nəzarətxananın qapısı açıldı və polis bizi rəisin otağına apardı. Məlum oldu ki, bizi içəridən çıxaran adam dayanacaqdakı qızın atası imiş. Əməlli başlı çaş-baş qalmışdım. Bu necə işdi? Qızın atası niyə gəlib iki avara sərxoşu nəzarətxanadan çıxarıb? Rəisin otağından çıxanda o biri qaqaşa vurulan yumruqdan aydın oldu ki, bu bədbəxt qızın nişanlısı imiş. Sərxoş vəziyyətdə qızı işdən götürməyə gəlib yəqin qız da buna acığ edib. Mən də elə başa düşmüşəm ki, sataşır dalaşmışıq. Qız da gedib evdə deyib ki, bəs nişanlımla biri dalaşdı filan metro tərəfdə. Artıq qızın atasına məlum olub ki, söhbət nə yerdədi. O qaqaşa ilişdirən yumruq bir növ mənə edilən minnətdarlq idi. Nəzarətə salınan zaman telefonumu, 3 manat pulumu, siqaretimi və arxa cimibdəki triqonometriya yazılmış bükülmüş vərəqi əlimdən almışdı polislər. Çıxarkən polis idarəsində olanlar bilir rəisdən şərti üzr istədikdən sonra alınan əşyaları geri götürmək üçün son otağa daxil olursan. Mən də əşyalarımı götürüb çıxırdım ki, növbətçi leytenantın stolunun üstündə tutulan və sonra buraxılan fahişələrin şəxsi işlərini gördüm. Siyahıda Nigara oxşar bir şəkil gördüm. Mütləq bu işlərə baxmaı idim. Hiyləyə əl atdım. Təzə leytenanta rəis deyə müraciət etdim və 1 st’kən su içmək istədim. Bu rəis müraciəti təzə işə başlayan polislərdə hər zaman işə yarayır. O da mənə su əvəzinə qaqaş otur 1 stəkan çay iç gedərsən dedi .Əla, çay içə-içə gözucu oxuya bilərdim.-Yox rəis sizə əziyyət vermiyim.-Ə nə əziyyəti bu otaq bizlikdi otur dərdləşək.Oturdum və yüngülvari söhbətə başladıq. İlk əvvəl yaxşı münasibət üçün onların işinin necə müqəddəs və eyni zamanda da ağır olduğunu bildirdim. Gənc leytenant özündən razı vəziyyətdə başını yellədi.S onra dedim ki-Rəis bu qızları da tutmusuz?-Hə brat iki gün əvvəl 6 nəfər gətirmişdiər.-Nə ediblər ki, rəis?-Qaqaş məzələnirsən görmürsən hamısı fahişədi? Ataları yaşında kişilərlə tutmuşduq özü də.-Rəis olar baxım?-Bax-bax. Deyəsən həvəsə düşdün hə? Brat gedəndə elə yerə get ki, gəlib səni də tutmayaq. Alə uzağı cəriməni ödəyib canını qurtararsan, evdə eşikdə biabır olmaq var ha.-Yox e rəis mənlik deyil deyib kağızları stolun üstündən götürüb baxmağa başladım.Nigarın şəkili idi buna 100% əmin oldum. Qarşısındakı ünvanı əzbərləyib gənc leytenantla sağollaşıb otaqdan çıxdım. Polis bölməsinin qarşısında ağlıma gələn ilk fikir əzbərlədiyim ünvana getmək idi....  ARDI VARƏVVƏLKİ YAZILAROutlandish və mənOutlandish və mən: 10 yaşlı Ayşənin gərdək gecəsi (KÖŞƏ)Outlandish və mən: Həyatımı dəyişən fahişə (KÖŞƏ)Outlandish və mən: Həyatımı dəyişən fahişə - 2 (KÖŞƏ)
OXŞAR XƏBƏRLƏR