Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər - Yalnız bu halda

Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər - Yalnız bu halda
İQTİSADİYYAT
17:01 20.04.2026
1357
Bir sıra ölkələrdə vətəndaşlara pensiya yığımlarından təqaüd yaşını gözləmədən müəyyən hallarda istifadə imkanı verilməsi bu sahədə yeni yanaşmaları gündəmə gətirib. Azərbaycanda isə belə bir mexanizmin tətbiqi illərdir müzakirə olunsa da, konkret addımların atılmaması pensiya kapitalından vaxtından əvvəl istifadə imkanının nə dərəcədə real olub-olmadığına dair sualı aktuallaşdırır.

Bəs Azərbaycanda vətəndaşlara pensiya kapitalını vaxtından əvvəl istifadə etmək hüququ verilə bilərmi?

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli Azərbaycanda bu məsələ uzun müddətdir müzakirə olunsa da, hələlik real mexanizmin formalaşdırılmadığını bildirib.

"Bu istiqamətdə qanun layihəsi də hazırlanıb və xüsusilə özəl pensiya fondlarının yaradılması ilə bağlı ilkin layihə hökumətə təqdim olunub. Lakin sənəd indiyədək Milli Məclisin gündəliyinə çıxarılmayıb, yalnız ictimai dinləmələr çərçivəsində müzakirələr aparılıb. Dünya təcrübəsində pensiya fondlarının vəsaitlərinin daha səmərəli idarə olunması üçün özəl pensiya fondları yaradılır və onlar dövlət nəzarəti altında fəaliyyət göstərir. Bu sistemdə əsas diqqət çəkən məsələlərdən biri də vəsaitlərin sığortalanmasıdır”.

R.Abbasbəyli vurğulayıb ki, Azərbaycanda həssas əhali qruplarına aid vəsaitlərin riskli investisiyalara yönəldilməsinə imkan verilmədiyi üçün bu sahədə mühafizəkar qanunvericilik mövcuddur.

"Dünya praktikasında pensiya kapitalının tam şəkildə vaxtından əvvəl götürülməsi tətbiq olunmur. Lakin müəyyən hallarda, könüllü əsaslarla və müəyyən yaş həddindən sonra yığımların bir hissəsindən istifadə imkanı yaradıla bilər. Bu isə gələcəkdə vətəndaşın alacağı pensiyanın məbləğinə təsir göstərir.
Bəzi ölkələrdə ağır xəstəlik, sosial tənhalıq və digər xüsusi hallarda vətəndaşlara pensiya kapitalının bir hissəsindən vaxtından əvvəl istifadə imkanı verilir”.
Razi Abbasbəyli hesab edir ki, Azərbaycanda bu istiqamətdə mexanizm hələ mövcud deyil və yaxın illərdə də belə imkanın yaradılması real görünmür.
"Bu, çox ciddi, əhatəli və konseptual yanaşma tələb edir. Əgər gələcəkdə bu mexanizmlər formalaşdırılsa, Azərbaycan vətəndaşları üçün də pensiya kapitalından vaxtından əvvəl istifadə imkanı yaradıla bilər. Amma indiki templə bu, yaxın perspektivdə mümkün görünmür”, – deyə iqtisadçı əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
20:47 03.11.2026
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
20:41 03.11.2026
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
20:31 03.11.2026
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
20:29 03.11.2026
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
20:20 03.11.2026
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Natiq Nağıyev vəzifəsindən azad edildi
20:16 03.11.2026
Natiq Nağıyev vəzifəsindən azad edildi
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
20:10 03.11.2026
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
20:04 03.11.2026
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
20:00 03.11.2026
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
“TikTok”da xəmir yoğurarkən öldü
19:39 03.11.2026
“TikTok”da xəmir yoğurarkən öldü
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
19:34 03.11.2026
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
“Tiktok”da qadına gül atan kişi həbs edildi
19:31 03.11.2026
“Tiktok”da qadına gül atan kişi həbs edildi
Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir
19:24 03.11.2026
Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
19:09 03.11.2026
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
19:09 03.11.2026
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib
18:56 03.11.2026
İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib