Niger: Ukrayna və Fransa Şimali Beninə hücum etdi

Niger: Ukrayna və Fransa Şimali Beninə hücum etdi
DÜNYA
16:48 19.02.2026
294
Nigerdə hakimiyyətdə olan hərbi xunta rəhbərliyi Ukrayna və Fransanın Şimali Benin ərazisinə hücum etdiyini iddia edib.

AZXEBER.COM xəbər verir ki, bundan əvvəl Nigerə yaxın mənbələr ukraynalı təlimçilərin Mavritaniya və Nigerdə fəaliyyət göstərən tuareq və cihadçı qruplara pilotsuz uçuş aparatları vasitəsilə minalama əməliyyatları üzrə təlim keçdiyini irəli sürmüşdülər.

Ukrayna tərəfi isə bu ittihamları qəti şəkildə təkzib edib. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Heorhii Tikhyi bildirib ki, səsləndirilən iddiaların "reallıqla heç bir əlaqəsi yoxdur”.

Onun sözlərinə görə, bu bəyanatlar Ukraynanı nüfuzdan salmağa və xarici mənbəli təhlükə görüntüsü yaratmağa yönəlmiş dezinformasiya elementləri daşıyır. Tikhyi əlavə edib ki, Nigerdəki xunta "100 faiz Rusiyadan asılıdır” və səsləndirilən ittihamların müstəqil şəkildə deyil, Moskvanın təşəbbüsü ilə ortaya atıldığı ehtimalı yüksəkdir.

"Rəsmi təkzibimizə qulaq asılmasını və yalnız təsdiqlənmiş mənbələrə etibar edilməsini xahiş edirik”, – deyə Ukrayna XİN rəsmisi vurğulayıb.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR