Nigerdə hərbi çevrilişə cəhd

Nigerdə hərbi çevrilişə cəhd
DÜNYA
19:18 26.07.2023
232
Nigerdə hərbçilər Niamey şəhərində Prezident sarayını mühasirəyə alıb.

Bu barədə "Jeune Afrique” qəzeti məlumat yayıb.

Bildirilib ki, qiyamçılar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüb. Onun sağ-salamat olduğu vurğulanır.

M.Bazum 2021-ci ildə prezident seçilib, Fransa hakimiyyətinin yaxın müttəfiqi sayılır.

Xatırladaq ki, bu, hərbçilərin Niger rejimini ilk dəfə hədələməsi deyil. 2021-ci il martın 31-də zabitlər Məhəmməd Bazumun andiçmə mərasiminə iki gün qalmış Mahamad İssoufunu devirməyə cəhd ediblər. Hərbçilərin idarə etdiyi qonşu Mali, Burkina-Fasodan fərqli olaraq, Nigeri mülki şəxslər idarə edirlər.
OXŞAR XƏBƏRLƏR