"Qonşu ölkələrdən Nigerə müdaxilə olarsa, Prezident Məhəmməd Bazumu öldürəcəyik”.
AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bunu Nigerdəki üsyançıların lideri deyib.
Qeyd edək ki, daha əvvəl qonşu ölkələrin Nigerə müdaxiləsi ehtimalı ilə bağlı məlumat yayılmışdı.
Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı mühafizəçiləri tərəfindən saxlanılıblar. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edilib və sərhədlər bağlanıb.