Nigeriya klubları Azərbaycan klubları ilə yoldaşlıq matçı keçirmək istəyir

Nigeriya klubları Azərbaycan klubları ilə yoldaşlıq matçı keçirmək istəyir
İDMAN
06:48 28.12.2010
2523

Bu barədə SİA-ya Nigeriyada bu işlərlə məşğul olan firmanın meneceri Samuel Japheth məlumat verib. Qara dərili menecer Nigeriyanın aşağı liqalarının bir neçə klubunun Azərbaycana gəlmək istədiklərini bildirib.

Menecer qeyd edib ki, Nigeriya klubları Azərbaycan klubları ilə danışıqlar aparmağa cəhd edirlər. Onun sözlərinə görə, əgər danışıqlar müsbət nəticələnsə onlar təlim-məşq toplanışlarını da Azərbaycanda keçirəcəklər. Menecer bu məsələdə israrlı olduqlarını, Azərbaycan klublarının rəsmiləri ilə əlqalər qurmağa çalışdıqlarını vurğulayıb.

OXŞAR XƏBƏRLƏR