İlkin məlumata görə, Nigeriyanın mərkəzində yerləşən Benue əyalətində silahlı hücumlar nəticəsində 20 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Gwer West Bölgə Şurasının sədri Ormin Torsar Victor açıqlama verib.
Verilən açıqlamada, silahlı şəxslərin Benuenin Gwer West rayonunda kəndlərə hücum etdiyi bildirilib.
Viktor hücumlarda biri iki yaşlı körpə də daxil olmaqla 20 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını bildirib.
Viktor bölgədə davam edən zorakılığı və federal hökumətin hərəkətsizliyini pisləyib.
Benuel rəsmiləri hadisə nəticəsində ölənlərin sayının artacağından narahat olduqlarını bildiriblər.
Mayın 11-də Benue ştatında silahlı şəxslərin hücumları nəticəsində 100-ə yaxın adam həlak olub.
Heyvanlarını otarmaq üçün ölkənin müxtəlif bölgələrinə köç edən fulanilər fermerlərin heyvanlarını oğurlamağa çalışdıqlarını və onlara hücum etdiklərini iddia edirlər.
Qeyd edək ki, silahlı dəstələr də bu münaqişələrdən istifadə edərək hücumlar təşkil edir və yerli əhalini təhdid edirlər.
Oksana