Nigeriyada tanker partlayışında ölənlərin sayı 153-ə çatıb

DÜNYA
14:30 17.10.2024
111
Nigeriyanın şimalındakı Jiqava əyalətində yanacaq daşıyan tankerin partlaması nəticəsində həyatını itirənlərin sayı 153-ə yüksəlib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, baş verən dəhşətli partlayışda 153 nəfər yanaraq ölüb, 100 nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İtkilərin artacağı ehtimal olunur.

Hadisədən sonra prezident Bola Əhməd Tinubu ölkə daxilində yanacaq daşınması təhlükəsizliyi protokollarının hərtərəfli nəzərdən keçirilməsini tələb edib.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR