Nigeriyada təyyarə qəzası baş verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Nigeriyanın Rivers əyalətindəki Port Harkort Beynəlxalq Hava Limanında gözlənilməz hadisə baş verib.
ValueJet təyyarəsi eniş zolağından çıxaraq qəza törədib. Hadisə nəticəsində təyyarədə olan 67 sərnişin yaralanıb.
Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.
Aysel