Nigeriyadan talan edilən "Benin Bürüncləri" geri qaytarılacaq

DÜNYA
13:32 24.02.2025
284
Hollandiya, 19-cu əsrin sonunda Nigeriyadan talan edilərək sərgidə nümayiş etdirilən 100-dən çox "Benin Bürüncü"nü  geri qaytaracağını açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, eksponatlar əsasən metaldan hazırlanmış heykəllərdən, lövhələrdən və oymalardan ibarətdir.

Xatırladaq ki, "Benin Bürüncləri" 15-19-cu əsrlər arasında hazırlanmışdır. 1897-ci ildə Qərbi Afrika Benin krallığından
(indiki Nigeriyanın Edo əyaləti) İngilis əsgərləri tərəfindən talan edilmişdi.

Əsərlərin çoxu 19-cu əsrin sonlarında İngiltərəyə gətirilib və böyük hissəsi Londonda hərraca çıxarılaraq satılıb.

İngiltərə və Almaniya da bir müddət öncə əlində olan "Benin Bürüncləri"nin bir hissəsini geri qaytarıb.
 

Aysel

OXŞAR XƏBƏRLƏR