Nihat Hatipoğlu koronavirusa yoluxdu

Nihat Hatipoğlu koronavirusa yoluxdu
DÜNYA
17:26 25.08.2020
2159
Türkiyənin tanınmış ilahiyyatçısı, professor Nihat Hatipoğlunun koronavirusa yoluxması ilə bağlı xəbərlər yayılıb.
 
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, yayılan iddialarla bağlı ilahiyyatçının oğlu Osman Hatipoğlu açıqlama verib.
 
O deyib ki, atasının səhhəti yaxşıdır: "Dostlar çox soruşanlar oldu. Atamın rahatsızlığının COVİD-19 olub-olmadığı hələlik məlum deyil. Allaha minlərcə şükürlər olsun ki, səhhəti yaxşıdır. Sadəcə daha yaxşı olması üçün sizlərdən dualarınızı gözləyirik".
 
Nihat Hatipoğlu isə koronavirusa yoluxduğunu deyib: "Evimdə müalicə alıram, hər şey yaxşıdır. Mənə görə narahat olanlara təşəkkür edirəm". 
 
Mələk Cabbar
OXŞAR XƏBƏRLƏR