NİİM: Bakıda yanğın səbəbindən yolda məhdudiyyət qoyulub

NİİM: Bakıda yanğın səbəbindən yolda məhdudiyyət qoyulub
SOSİAL
08:45 23.11.2023
160
Bakının Binəqədi rayonu Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğın səbəbindən prospektin köməkçi yolundan metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətinə yolda məhdudiyyət tətbiq olunub.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Sürücülərdən nəzərə almaları xahiş olunur.

Qeyd edək ki, bu gün saat 05:45 radələrində Ziya Bünyadov prospekti, "Dərnəgül” taxta bazarının ərazisində yanğın başlayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Hadisə yerinə həmçinin 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.

Xəsarət alan yoxdur.


OXŞAR XƏBƏRLƏR