Rusiyalı rejissor Nikita Mixalkov ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "Baza” "Telegram” kanalı məlumat yayıb.
Kinorejissor dünən xəstəxanaya yerləşdirilib. Onun hazırda Moskvadakı xəstəxanalardan birində olduğu qeyd edilib.
Nikita Mixalkova koronavirus nəticəsində yaranan pnevmoniya diaqnozu qoyulub, lakin kinorejissorun mətbuat xidməti onun adi qripə yoluxduğunu iddia edib.