"Nikoil Bank"ın kollektivi Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə Xocalı abidəsini ziyarət edib. Bankın idarə heyətinin üzvləri və əməkdaşları ziyarət zamanı abidənin önünə yığışaraq faciə zamanı həlak olanlara Allahdan rəhmət diləyiblər.