Nikoil Bank rebrendinq prossesinə başladı

Nikoil Bank rebrendinq prossesinə başladı
SOSİAL
20:11 24.11.2019
22432
Nikoil Bank rebrendinq prossesinə başladı və bu yenilik öz əksini bankın adında, müştərilərə göstəriləcək xidmət səviyyəsində və bankın yeni filiallarının artımında tapacaq.

AZXEBER.COM xəbər verir ki,Nikoil Bank yeni adını və korporativ stilini təqdim edir. Yeni şuar - "Parlaq Bankçılıq”-ın mənası bankın bütün fəaliyyət növlərində, eyni zamanda, bank xidmətlərində yeni bir yanaşma - "Parlaq Bankçılıq" barədə danışdı.

Bankın yeni adı Yelo - ingilis sözü Yellow-nun (sarı) stilizə olunmuş təsfiridir. Yeni ad göstərilən bank xidmətlərinin fərqli bir yanaşmasını, rəngarəngliyini, rahatlığını simvollaşdırır və Parlaq Bankçılıq şuarı altında həyata keçir. Sarı rəng həmçinin bankın yeni korporativ stilinin rəmzidir. Yeni Yelo Bank daha da parlaq, çevik, sürətli, rahat anlaşılan, etibarlı və ən əsası da dostсasına rəftar edən bank olacaq. Bankın yeni baxışı Azərbaycan sakinlərinin bank təcrübəsini yeniləyərək onların daha böyük nailiyyətlər əldə etmələrinə köməklik göstərməyi nəzərdə tutur.

Yeni ada və korporativ stilə keçid tədricən baş tutacaq və gələn ilin aprel ayında tamamlanmağı nəzərdə tutulur. İlkin mərhələdə yeni loqotip rəsmi sənədlərdə və fərdi ünsiyyət elementlərində əks olunacaq. Reklam kommunikasiyalarında köhnə bank loqotipi bir müddət istifadə ediləcək. Bundan sonrakı aylarda filialların, bankomatların, web-səhifələrin, reklam materialların dizaynı tamamilə yenilənəcək və Yelo Bank ilə əvəzlənəcək.

"Parlaq Bankçılıq”- Yelo Bank-dan bank xidmətlərinin göstərilməsində yeni bir yanaşmadır. Müştəri hər zaman bizim üçün birinci yerdədir! Onun hər bir müraciyyətinə hər zaman həll tapılacaq, təbəssüm və ürəklə xidmət göstəriləcək, xidmətlər isə daha da sadə və əlçatan olacaq. Göstərilən bank xidmətlərinin yeni modelinin tətbiqi filial şəbəkələrinin yenilənməsi və tamamilə yeni dizayna keçidi ilə paralel baş tutacaq.

Bankın rebrendinqi tanınmış London agentliyi Winkreative tərəfindən həyata keçirilmişdir. Bu şirkət 20 ildən artıq maliyyə qurumları və tanınmış böyük beynəlxalq brendlərlə əməkdaşlıq edir.

Bankın əsas səhmdarı, tanınmış Azərbaycan mənşəli iş adamı Ələkbərov Vahid Yusif oğlu bankın işçilərini uğurlu yenilənmə başlanğıcı ilə təbrik etdi: "Yelo Bank yalnız yeni bir ad və yeni rəng deyil. Bu, iki ildir davam edən işlərin təzahürüdür və bunun nəticəsində bankın keyfiyyətcə müasir səviyyəyə keçməyə hazır olmasıdır. Əminəm ki, yeni Yelo Bank etibarlı və sürətli inkişaf edən bir maliyyə qurum kimi Azərbaycanın bank bazarında layiqli yer tutacaq. Bankın əsas səhmdarı olaraq hər zaman bu banka dəstək olacam!".

Bankın Müşahidə Şurasının sədri Marina V. Kulişova bildirdi ki: "Bizim strategiyamıza əsasən, Yelo Bank mikro, kiçik və orta sahibkarlara, fiziki şəxslərə xidmət göstərməyə və kredit verməyə yönlənəcək. Biz bu seqment üçün ən cəlbedici bank olmaq istəyirik və öz resurslarımızı yenilikçi, müasir maliyyə xidmətlərinin həyata keçirilməsi üçün istifadə etməyə hazırıq. Bununla Yelo Bank Azərbaycanın bank sektorunun ümumi inkişafına öz töhfəsini verəcəkdir ".

Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia qeyd edib ki: "Bankın komandası yeni ad, rəng və bizim üçün vacib olan bu yeniliyinin arxasında olan məna ilə ilhamlanır. «Brighter Banking

– Parlaq Bankçılıq» - bizim ümumi komandamızın bir hissəsi olaraq hər işçinin ilhamlanmış işi nəticəsində qurulan yeni müştəri xidməti modelidir. Eyni zamanda, səhmdarların bankımıza verdiyi dəstəyin böyük əhəmiyyətini qeyd etmək istəyirəm. Əminəm ki, Yelo Bank tezliklə müasir, qabaqcıl, texnoloji və ən əsası müştərini birinci yerdə tutan bir bankın simvoluna çevriləcəkdir ".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran hava məkanının bağlanmasını 30 iyuna qədər uzadıb
19:21 29.06.2025
İran hava məkanının bağlanmasını 30 iyuna qədər uzadıb
Xəzərdə meyit aşkarlandı
19:07 29.06.2025
Xəzərdə meyit aşkarlandı
Təbrizdə partlayış baş verib, 8 nəfər yaralanıb
18:52 29.06.2025
Təbrizdə partlayış baş verib, 8 nəfər yaralanıb
Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxması haqqında fərman imzalayıb
18:47 29.06.2025
Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxması haqqında fərman imzalayıb
Elçin və Hissdən yeni iş birliyi
18:27 29.06.2025
Elçin və Hissdən yeni iş birliyi
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
18:25 29.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
18:17 29.06.2025
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
18:10 29.06.2025
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
17:48 29.06.2025
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
17:29 29.06.2025
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
17:12 29.06.2025
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
16:52 29.06.2025
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
16:48 29.06.2025
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
16:24 29.06.2025
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
16:21 29.06.2025
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
16:09 29.06.2025
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib