Nikol Paşinyan: “Ermənistan Azərbaycanla sərhədin delimitasiyasına hazırdır”

Nikol Paşinyan: “Ermənistan Azərbaycanla sərhədin delimitasiyasına hazırdır”
SİYASƏT
12:02 13.04.2023
217
"Ermənistan Soçi və Praqada əldə olunmuş razılaşmalar əsasında Azərbaycanla sərhədin delimitasiyasına hazırdır”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 13-də hökumətin iclasından əvvəl bildirib.

O iddia edib ki, bütün çətinliklərə baxmayaraq rəsmi İrəvan regional məsələlərin, Ermənistan-Azərbaycan münasibətlərinin sülh yolu ilə diplomatik həlli siyasətinə sadiqdir.

N.Paşinyan Ermənistanın əvvəllər elan olunmuş prinsiplər əsasında regional nəqliyyat və iqtisadi marşrutları açmağa hazır olduğunu vurğulayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR