Ermənistanın baş naziri Nikol Paşinyana koronavirus diaqnozu qoyulub.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bunu hökumət başçısı özünün "Facebook” səhifəsində canlı yayımda bildirib.
"İqamətgahdan işləyəcəyəm. Məndə rabitə üçün bütün şərait və vasitələr var. Nə qədər mümkün olarsa, o qədər də çalışacağam”, - baş nazir deyib.