Nikol Paşinyanın partiyasından olan deputatı döyüblər

Nikol Paşinyanın partiyasından olan deputatı döyüblər
DÜNYA
13:32 01.03.2021
375
Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Vətəndaş Razılaşması Partiyasını parlamentdə təmsil edən "Mənim addımım” fraksiyasının deputatı Akop Aslanyan döyülüb.
 
Hadisə fevralın 26-da N.Paşinyanın istefası tələb ilə keçirilən mitinqdə baş verib.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 47 yaşlı şəxsi saxlayıb. Məlumata görə, adı açıqlanmayan şəxs həmin tarixdə parlamentin binasından çıxarkən nəzarət-buraxılış məntəqəsində "Mənim addımım” fraksiyasının üzvlərini təhqir edib, deputatlardan birinin üzünə şillə vurub.

Onun barəsində cinayət işi açılıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR