Nikola Sarkozi cəzasını təcridxanada çəkəcək

Nikola Sarkozi cəzasını təcridxanada çəkəcək
DÜNYA
10:13 19.10.2025
132
Fransanın keçmiş prezidenti (2007-2012), 2007-ci ildə Liviya tərəfindən seçki kampaniyasını maliyyələşdirmək iddiası ilə beş il müddətinə həbs cəzasına məhkum edilmiş Nikola Sarkozi cəzasını Sante həbsxanasının təkadamlıq kamerasında çəkəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə BFMTV mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, həbsxana Parisdə yerləşir və xüsusi təhlükəsizlik tədbirləri tələb edən məhbusların saxlanması üçün nəzərdə tutulmuş bölməyə malikdir. Sarkozi yaşı (70) və yüksək nüfuzu səbəbindən oktyabrın 21-də təcridxanaya salınacaq.

Sentyabrın 25-də Sarkozi Liviya seçki kampaniyasının maliyyələşdirilməsi işində cinayətkar qruplaşmada iştirakda təqsirli bilinib, lakin dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ittihamlarından bəraət alıb. Məhkəmə 2007-ci il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsinə dair heç bir sübut tapmayıb. Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib.

"Mediapart" agentliyi xəbər verib ki, 2012-ci ilin mayında, Fransada prezident seçkilərinin ikinci turuna səkkiz gün qalmış Liviya lideri (1969-2011) Müəmmər Qəddafi seçki kampaniyası xərcləri üçün Sarkoziyə 50 milyon avro bağışlayıb. Buna sübut kimi agentlik öz saytında Liviyanın Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq üzrə Ümumi Xalq Komitəsinin katibinin imzaladığı fərmanı dərc edib.
 
\"Report" 
OXŞAR XƏBƏRLƏR