Nikola Sarkozi həbs edilə bilər

Nikola Sarkozi həbs edilə bilər
DÜNYA
11:42 01.12.2023
176
Fransanın sabiq prezidenti Nikola Sarkozi həbs edilə bilər.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fransa mətbuatına xəbər yer alıb.
 
Prokurorluq iddia çərçivəsində Sarkoziyə 1 il şərti həbs cəzası istəyib.

Sarkozi 2012-ci ildə uduzduğu prezident seçkiləri kampaniyasını qanunsuz maliyyələşdirməkdə ittiham olunur.

Fransanın sabiq prezidentinin seçki kampaniyası üçün qanuni limit olan 22.5 milyon avrodan 20.3 milyon avro artıq 42.8 milyon avro xərclədiyi bildirilir.

Seçki kampaniyasının direktoru Jerome Lavrilleux 2014-cü ildə şirkətin təşkil etdiyi mitinqlərin xərclərinin azaldıldığını və partiya xərcləri kimi hesablandığını etiraf edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR