"Nişanlım əvvəl bakirəliyimi pozdu, sonra dedi ki, səni almayacağam"

"Nişanlım əvvəl bakirəliyimi pozdu, sonra dedi ki, səni almayacağam"
SOSİAL
14:30 22.06.2016
8944
Şahanənin (ad şərtidir-red.) 19 yaşı var. Dediyinə görə, bölgələrdən birindən Bakıya oxumağa gəlib. Ancaq tələbə adını qazanmamışdan əvvəl ailəsinin razılığı ilə özündən 14 yaş böyük uzaq qohumuyla nişanlanıb:
"Nişanlananda 17 yaşım vardı. Oğlan isə 31 yaşındaydı. Üzünü 2-3 dəfə toyda, məclisdə görmüşdüm, başqa heç bir tanışlığımız yox idi. Günlərin birində məlum oldu ki, ailəsi bizə elçi gəlmək istəyir. Gəldilər, ailələr danışdı və mənim razılığım olmadan "hə" cavabı verildi. Sonradan anama dedim ki, mən onu sevmirəm, tanımıram. Həm də oxumaq istəyirəm. Mənə dedi ki, əgər atan belə danışdığını bilsə, səni öldürər".
Şahanə deyir ki, ilk aylar nişanlısı ilə həftədə 1-2 dəfə telefonla danışırmış. Ancaq sonradan oğlan və ailəsi Şəhanənin ailəsindən xahiş edib ki, onların bir yerdə harasa getmələrinə icazə versinlər:
"Əvvəlcə razılıq olmadı, sonra nişanlımım bacısının iştirakıyla bir-iki dəfə çıxıb rayon mərkəzini gəzdik. Bir müddət sonra bu qadağa tamamilə aradan götürüldü. Nişanlım gəlib məni maşınıyla götürürdü, gedib gəzirdik. Günlərin birində gəzməkdən qayıdanda məni evlərinə aparmaq istədiyini dedi. Etiraz elədim, amma xeyri olmadı. Dedi ki, narahat olma, hamı evdədir, əvvəlcədən xəbər vermişəm. Rayon yerində belə adət yoxdur axı. Ona görə bir az utanırdım".
Qəhrəmanım deyir ki, nişanlısının evinə gələndə nəyin baş verə biləcəyini təxmin etdiyindən qaçmaq istəyib. Amma mümkün olmayıb:
"Biz həyətə girəndə gördüm ki, evdə heç kim yoxdur. Geri qayıtmaq istəyəndə gülümsədi və qolumdan tutub içəri gətirdi. Qışqırıb özümü biabır eləmək istəmirdim. Ancaq gərək qışqıraydım. Bəlkə də kimsə səsimi eşidib gələrdi".
Şahanə deyir ki, nişanlısından aralarında heç nəyin olmamasını xahiş edib və o da razılaşıb:
"Əvvəlcə razılaşmışdı. Amma sonra qəfil məni qucağına alıb yataq otağına apardı. Sonra nə baş verdiyini dəqiq xatırlamıram. Bircə o yadımdadır ki, öpüşmək istəyəndə üzümü gizlətdiyim üçün bir sillə vurdu. Sonra isə hər şey gec idi...".
Şahanə deyir ki, hadisədən bir neçə gün sonra oğlan ona zəng vuraraq nişanı qaytaracağını deyib:
"Mənə dedi ki, səninlə ailə qurmaq fikrim yoxdur. Deyə bilmədiyim qeyri-etik sözlər deyirdi. Aramızda baş verənləri əxlaqsızlıq kimi qələmə verirdi. Deyirdi ki, ailənə de xasiyyətlərimiz uyğun gəlmir, yoxsa səni biabır edəcəyəm. Mənim də deyəcək sözüm yox idi və beləcə uzun söz-söhbətlərdən sonra biz ayrıldıq. Hazırda Bakıda tələbəyəm. Ailə qurmaq fikrim yoxdur. Kimsə məni bu cür qəbul etsə, bəlkə ailə quraram. Amma hansısa formada kimisə aldadıb ərə getmək istəmirəm". olke.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
17:49 17.07.2025
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"