Xalq artisti Nisə Qasımova xərçəngdən əməliyyat olunduğunu açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, o, bu barədə "Rəngarəng səhər" proqramına qonaq olarkən deyib:
"Həddindən artıq həssas insanam. Hər hansı bir hadisə ürəyimi ağrıdır. Sanki canımdan, qanımdan keçərək bu hadisələri yaşayıram. Bəzən də susuram. Ürəyimə salıram. Ondan sonra da şəkər xəstəliyinə tutuldum.
Şəkərdən sonra xərçəngdən əməliyyat olundum. Bu əməliyyata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. Həqiqətən də vəziyyət elə idi ki, əməliyyat təcili olmalı idi. İndi yaxşıyam”.
Nisə Qasımova bu çətin günlərdində onu bəzi sənət dostlarının tək qoymadığını da vurğulayıb.
Ətraflı videoda: