Nisə Qasımova Zauru biabır etdi: 'Səninlə çaşka-loşka deyiləm' - VİDEO

MAQAZİN
17:15 31.07.2014
17012

Xalq artisti Nisə Qasımova teleaparıcıları kəskin tənqid edib.

AZXEBER.COM Aznews.az-a istinadən xəbər verir ki, ATV-də yayımlanan “Gündəlik” verilişinin qonağı olan xalq artisti Nisə Qasımova verilişlərin birində başına gələn hadisədən danışıb:

"Verilişlərin birində bir aparıcı mənə göndərilən güllərə baxıb dedi ki, Nisə xanım sizin doğurdan da xəbəriniz yoxdur bu gülü sizə kim göndərib. Elə cılız aparıcıları ora qoyurlar ki, adam verilişə getdiyinə də peşman olur. Ona demək lazımdır ki, mən səninlə çaşka-loşka deyiləm”.AZXEBER.COM-un məlumatına görə, Nisə Qasımova bu sözləri "Xəzər TV"də yayımlan "5-də 5" verilişinin aparıcısı Zaur Kamala deyib. Belə ki, müğənniylə belə zarafatı Ay Zaur kimi tanıdığımız aparıcı etmişdi.Qeyd edək ki, xalq artisti aparıcıları məhz “Gündəlik” verilişində tamaşaçılardan birinin ona çiçək dəstəsi bağışlamasından sonra tənqid edib.

OXŞAR XƏBƏRLƏR