"Nissan"ın baş direktoru vəzifəsindən azad edilir - Səbəbi açıqlandı

"Nissan"ın baş direktoru vəzifəsindən azad edilir - Səbəbi açıqlandı
MARAQLI
17:15 27.02.2025
574
Yaponiyanın "Nissan Motor" şirkəti baş direktoru Makoto Utidanı vəzifəsindən azad etməyi planlaşdırır.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunur ki, Direktorlar Şurası bu qərarı şirkətin aşağı kredit reytinqi və "Honda" ilə birləşməyə dair danışıqlarının nəticəsiz qalması səbəbindən verib. Utida fevralın əvvəlində lazım gələrsə, vəzifəsini tərk etməyə hazır olduğunu bildirib, lakin "Nissan"ın biznesini sabitləşdirənə qədər qalmaq istəyib.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayının ikinci yarısında Yaponiyanın avtomobil nəhəngləri "Honda" və "Nissan" biznesin qarşılıqlı inteqrasiyası məsələsi üzrə anlaşma memorandumu imzalayıblar. Bildirilib ki, 2026-cı ilin avqustundan "Nissan" və "Honda" müştərək holdinqin törəmə şirkətləri olacaqlar.

2025-ci ilin fevralında "Nissan Motors" "Honda Motors" ilə birləşmə barədə danışıqlarını dayandırmaq qərarına gəlib.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR